Ana Sayfa > Media > Saleh Rüstəmli aclıq aksiyasını dayandırıb
Saleh Rüstəmli aclıq aksiyasını dayandırıb16-12-2021, 14:55. Yazar: sevinc1 |
Gədəbəy rayonunun hazırda həbsdə olan sabiq icra başçısı Saleh Rüstəmli aclıq aksiyasını dayandırıb. Bu barədə Penitensiar Xidmətdən məlumat verilib. Bildirilib ki, hazırda onun səhhəti normaldır. Qeyd edək ki, 1992-93-cü illərdə Gədəbəy rayonunun icra başçısı vəzifəsində çalışmış S.Rüstəmli 2018-ci ildə həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü S.Rüstəmli 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, bir müddət əvvəl aclıq aksiyasına başlamışdı. aia.az Geri dön |