Ana Sayfa > İqtisadiyyat > Rusiya ilə Azərbaycan arasında ticarət yeddi faiz artıb - Səfir

Rusiya ilə Azərbaycan arasında ticarət yeddi faiz artıb - Səfir


16-12-2021, 12:48. Yazar: admen
Rusiya ilə Azərbaycan arasında ticarət yeddi faiz artıb - Səfir

2021-ci ilin əvvəlindən Rusiya ilə Azərbaycan arasında ticarət 7 faiz artıb.

AİA.Az-ın məlumatına görə, bunu bu gün Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda "Rusiya-Azərbaycan münasibətlərinin inteqrasiya prosesləri kontekstində müasir vəziyyəti və perspektivləri" adlı konfrans zamanı deyib.

"Bu gün biz siyasi əməkdaşlığın inkişafı üçün intensiv impulslar alırıq. İqtisadi münasibətlər, qarşılıqlı ticarət fəal inkişaf edir. 2021-ci ildə artım yeddi faiz təşkil edib", - deyə səfir bildirib.

Onun sözlərinə görə, bugünkü inteqrasiya gündəmi region üçün çox vacibdir.

"Əminəm ki, müzakirələr iqtisadi əlaqələrin inkişafına təkan verəcək", - səfir deyib.
Geri dön