Ana Sayfa > İqtisadiyyat > ABŞ Azərbaycana iqtisadiyyatının şaxələndirilməsinə kömək etməkdə maraqlıdır
ABŞ Azərbaycana iqtisadiyyatının şaxələndirilməsinə kömək etməkdə maraqlıdır6-05-2016, 21:36. Yazar: admin |
ABŞ Azərbaycana iqtisadiyyatının şaxələndirilməsinə kömək etməkdə maraqlıdır. Milli.Az bildirir ki, bunu Trend-ə ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn deyib. A.Hosktaynın fikrincə, cari bazar şərtləri Azərbaycan üçün ağır olub və belə də qalır: "Biz Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində və Azərbaycanın özünün enerji təhlükəsizliyində iştirak etmək imkanlarını öyrənirik". O bildirib ki, "Cənub Qaz Dəhlizi" öz başlanğıcını Azərbaycandan götürür və Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Dövlət Departamentinin rəsmisi qeyd edib ki, Azərbaycan Avropada nəinki istehsalçı və satıcı, eləcə də regionda tranzit məntəqə rolunu oynaya bilər. Onun sözlərinə görə, bu, Azərbaycanın xeyrinə olacaq və Avropa və Mərkəzi Asiya üçün son dərəcə əhəmiyyətli olacaq: "Düşünürəm ki, biz əvvəlki kimi Azərbaycanla sıx münasibətlərə malikik və əməkdaşlığın genişləndirilməsi üzrə sıx işləyirik". aia.az Geri dön |