Ana Sayfa > Ölkə > DİM işçi axtarır - maaş 1330 manatdır
DİM işçi axtarır - maaş 1330 manatdır16-12-2021, 12:14. Yazar: admen |
![]() Dövlət İmtahan Mərkəzində (DİM) Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti, Test bankı sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib. DİM-dən verilən məlumata görə, müraciət etmək istəyən namizədlər aşağıda göstərilən kompüter bilikləri və xüsusi tələblərə uyğun olmalıdırlar: Struktur bölmə: Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti Struktur vahid: Test bankı sektoru Vəzifənin adı: Aparıcı məsləhətçi Aylıq vəzifə maaşı: 1330 manat Qulluq funksiyaları: - Test bankının idarə olunması üçün lazımi proqram təminatlarının hazırlanması və tətbiqi. Vəzifənin tutulma şərtləri: - Təhsilə dair tələb: Ali təhsil - İş stajına dair tələb: Tələb müəyyən edilmir. Kompüter biliklərinə dair tələblər: - C#, Java və ya Python dillərindən birini bilməli; - MS SQL, MySQL və ya PostgreSQL verilənlər bazalarından birini bilməli. Xüsusi tələblər: - Proqramlaşdırma dilləri, verilənlər bazası və onların idarəetmə sistemləri, internet/intranet texnologiyaları, lokal kompüter şəbəkələrinin qurulması, servis və tətbiqi proqram təminatlarının yazılması və istismarı; - Xarici dil biliklərinə dair tələblər: ingilis dili - orta, rus dili - orta. Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını 2022-ci il yanvarın 10-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində "İşə qəbul" sözləri yazılmalıdır). Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar. Geri dön |