Ana Sayfa > Qərbi Azərbaycan > Göndəriş vərəqəsində ambulator xidmət qeyd olunan vətəndaşlar xəstəxanaya 21 gün ərzində müraciət edə bilərlər
Göndəriş vərəqəsində ambulator xidmət qeyd olunan vətəndaşlar xəstəxanaya 21 gün ərzində müraciət edə bilərlər16-12-2021, 11:03. Yazar: sevinc1 |
Vətəndaş icbari tibbi sığorta sistemi çərçivəsində verilmiş göndəriş vərəqəsində ambulator xidmət qeyd olunduğu təqdirdə 21 gün ərzində xəstəxanaya müraciət edə bilər. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov agentliyin feysbuk hesabında “İcbari tibbi sığorta göndərişləri” barədə danışarkən deyib. Agentlik rəsmisi bildirib ki, üzərində hər hansı əməliyyat icra edilən pasiyent 45 gün ərzində təkrar olaraq eyni həkim və eyni xəstəxanaya müraciət edə bilər: “Belə olan halda, vətəndaşın şikayətinin məzmunu eyni olmalıdır. Şikayəti tamam fərqli olanlar və ya həkimini dəyişmək istəyənlər isə yenidən göndəriş vərəqəsi alaraq aidiyyəti üzrə müraciət edilməlidirlər”. Qeyd edək ki, göndəriş vərəqəsi agentlik ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış tibb müəssisələrinə (dövlət və ya özəl tibb müəssisələri) verilə bilər. Digər hallarda göndəriş vərəqələrinin etibarlılıq müddəti 10 gündür. AİA.AZ Geri dön |