Ana Sayfa > İdman > Neymar Braziliya millisinə çağırılmadı

Neymar Braziliya millisinə çağırılmadı


6-05-2016, 21:29. Yazar: admin
Neymar Braziliya millisinə çağırılmadı







Braziliya millisinin Amerika kubokunda iştirak edəcək yekun heyəti açıqlanıb.

Aia.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, yığmanın baş məşqçisi Dunqa 23 futbolçuya dəvət göndərib.

Həmin siyahıda Neymar ("Barselona"), Fernandinyo ("Mançester Siti"), Oskar ("Çelsi") və Kaka "Orlando Siti") kimi ulduz futbolçular yer almayıb.

Neymarın Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı nəzərdə tutulduğundan onun Amerikadakı turnirə aparılmaması məqsədəuyğun hesab edilib.


Qapıçılar: Alisson ("İnternasional"), Dieqo Alveş ("Valensiya"), Ederson ("Benfika").

Müdafiəçilər: Daniel Alveş ("Barselona"), Fabinyo ("Monako"), Filipe Luis ("Atletiko", Madrid), Duqlas Santos ("Atletiko Mineyro"), Miranda ("İnter"), Gil ("Şandonq Lunenq"), Markinyos (PSJ), Rodriqo Kayo ("Sao Paulo").

Yarımmüdafiəçilər: Luiz Qustavo ("Volfsburq"), Elias ("Korintians"), Kasemiro ("Real", Madrid), Rafinya ("Barselona"), Renato Auqusto ("Beyjinq Quoan"), Filipe Koutinyo ("Liverpul"), Lukas Lima ("Santos"), Villian ("Çelsi").

Hücumçular: Duqlas Kosta ("Bavariya"), Halk ("Zenit"), Rikardo Oliveyra ("Santos") və Qabriel ("Santos").


aia.az
Geri dön