Ana Sayfa > Seçki 2024 > Valideynlərdən pul tələb edən direktorla bağlı araşdırma aparılır - BŞTİ

Valideynlərdən pul tələb edən direktorla bağlı araşdırma aparılır - BŞTİ


15-12-2021, 13:00. Yazar: sevinc1
Valideynlərdən pul tələb edən direktorla bağlı araşdırma aparılır - BŞTİ

189-190 saylı məktəbin direktorunun valideynlərdən pul yığmağı tələb etdiyi səs yazısına münasibət bildirilib.

Bu barədə jurnalistlərə açıqlama verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva faktla bağlı araşdırmaların davam etdiyini bildirib.

"Araşdırmaların nəticələri barədə ictimaiyyətə geniş açıqlama veriləcək. Müxtəlif istiqamətlər üzrə günahı olan şəxslər var. Bütün bunların hamısına hüquqi qiymət veriləcək", - deyə o əlavə edib.

Qeyd edək ki, 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyeva müəllimlərin "whatsapp" qrupunda Valideyn-Müəllim Assosiasiyalarından pul yığılması ilə bağlı göstəriş verib. Səs yazısında direktor pulu yığa bilməyən müəllimlərin vəsaiti öz hesablarına ödəməli olduqlarını deyib.

aia.az
Geri dön