Ana Sayfa > Seçki 2024 > Dövlətin siyasi iradəsinin təcəssümü

Dövlətin siyasi iradəsinin təcəssümü


15-12-2021, 10:56. Yazar: sevinc1
Dövlətin siyasi iradəsinin təcəssümü

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyir ki, Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildə senzuranın ləğvi, 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” qanunun qəbulu ölkəmizdə azad sözün inkişafına göstərilən diqqət və qayğının göstəricisi idi. 2003-cü ildən yeni inkişaf mərhələsinə adlayan Azərbaycan mediası ötən dövr ərzində özünəməxsus inkişaf yolu keçib, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib: “Tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanın imzalanması, həmin sənədə əsasən Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafın təmin olunmasının dövlətimiz üçün prioritet təşkil etməsinin göstəricisidir. Reallıq budur ki, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətlərində yaranmış yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə də böyük zərurət yaratdı”.

Vüqar Rəhimzadənin fikrincə, Azərbaycanda 1999-cu ildə qəbul olunmuş, hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə əlavə və dəyişikliklərə məruz qalıb. Lakin indi yeni çağırışlar ortaya çıxıb. Müasir çağırışların yer aldığı yeni qanun Azərbaycan mediasının inkişafına təkan verəcək. Bu, media üçün yeni imkanlar, yeni mərhələ deməkdir. Dövrün tələblərinə uyğun şəkildə hazırlanan “Media haqqında” qanun layihəsi dövlətin siyasi iradəsini təcəssüm etdirir.

Vüqar Rəhimzadə

Geri dön