Ana Sayfa > Qərbi Azərbaycan > “Pfizer” “Omicron”a qarşı dərman istehsal etdi

“Pfizer” “Omicron”a qarşı dərman istehsal etdi


15-12-2021, 10:53. Yazar: sevinc1
“Pfizer” “Omicron”a qarşı dərman istehsal etdi

"Pfizer" şirkəti koronavirusun "Omicron" variantına qarşı dərman istehsal edib.

Aia.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin saytında yazılı açıqlama dərc olunub.

Məlumata görə, 2246 yüksək riskli xəstə üzərində aparılmış araşdırmalar nəticəsində hazırlanan dərman "Paxlovid" adlanır.

Onun koronavirusdan ölüm və ya ağırlaşma riskinə qarşı 89 faiz profilaktik təsirə malik olduğu bildirilir.

Qeyd edək ki, artıq "Paxlovid"in təcili istifadəsi üçün ABŞ Qida və Dərman Vasitələri Agentliyinə (FDA) müraciət edilib.

Müvafiq icazənin veriləcəyi təqdirdə dərman vasitəsi ABŞ apteklərində satışa çıxarılacaq.
Geri dön