Ana Sayfa > Karusel / Gündəm > Spikerdən deputata irad:

Spikerdən deputata irad:


14-12-2021, 15:51. Yazar: sevinc1
Spikerdən deputata irad:

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlıya irad bildirib.

aia.az xəbər verir ki, S.Qafarova deyib: “Siz hər cümlənizdə dediniz ki, ortada heç nə yoxdur. Necə yəni ortada heç nə yoxdur?! Bu qədər işlər görülür. Bu qədər işlərdən sonra demək olar ki, heç nə yoxdur?! Qanuna edilən dəyişikliklər görülən işlərin nəticəsidir, siz isə deyirsiniz ki, heç nə yoxdur”.

Qeyd edək ki, S.Rüstəmxanlı “İşsizlikdən sığorta haqqında” qanuna dəyişkiliklərin müzakirəsi zaman regionlarda işsizlərinin sayının çox olduğunu bildirib.

aia.az
Geri dön