Ana Sayfa > Karusel / Gündəm > Gürcüstana rəqabətdə uduzuruq
Gürcüstana rəqabətdə uduzuruq14-12-2021, 13:02. Yazar: sevinc1 |
Biz turizm sahəsində problemləri həll etməsək, “Turizm haqqında” qanun işləməyəcək. Bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib. O əlavə edib ki, hava yolu qiymətləri bahadır və bu sahədə Gürcüstanla rəqabətdə uduzuruq: “Deməli, turizmlə bağlı da rəqabət apara bilməyəcəyik. Bizdə ən yaxşı işləyən qurumlardan biri Miqrasiya Xidmətidir. Bu qurum müraciətlərə dərhal reaksiya verir, yaranan problemi anındaca həll etməyə çalışır. Görünür, onların da gücü bəzi məsələlərə çatmır. Bütövlükdə bir çox ölkələrdən bura gəlib-getmək çətin olur. Üstəlik bahalı olduğu üçün də turist şirkətləri bunu həyata keçirə bilmir”. Fazil Mustafanın sözlərinə görə, öncə gerçək addımlar atmalıyıq ki, bu istiqamətdə inkişaf olsun: “Turistlərin aldadılması məsələsi də var. Məncə, İnzibati Xətalar Məcələsinə bununla bağlı maddə salınmalıdır. Bunu edənlər məsuliyyətini bilməlidir”. aia.az Geri dön |