Ana Sayfa > Təhsil > GDU-da yaz imtahan sessiyası başlayıb

GDU-da yaz imtahan sessiyası başlayıb


6-05-2016, 17:30. Yazar: admin
GDU-da yaz imtahan sessiyası başlayıb

Gəncə Dövlət Universitetinin bütün ixtisaslarında buraxılış kurslarının yaz imtahan sessiyası başlayıb. İmtahan sessiyasından əvvəl təlimata uyğun hazırlıq görülüb, imtahan otaqları ayrılaraq, kompyuterlərlə təmin edilib. Tələbələrin semestr ərzində topladıqları ballar (kollokviumlar, frontal sorğular, praktik məşğələlərin həlli və s.) universitetin serverində elektron formada yerləşdirilib.
Test sualları “Bunker”də imtahandan bir gün qabaq, axşam saat 6-dan sonra fənn üzrə ixtisasçı müəllimləri dəvət olunmaqla fənn proqramından, dərslikdən və dərs vəsaitindən istifadə edilməklə, əlyazma formasında hazırlanıb işçi qrupu tərəfindən imtahan bazasına yüklənilir.
Test və qabiliyyət imtahanlarına nəzarət etmək, test imtahanları verəcək tələbələrə istifadəçi adı və şifrəsi paylamaq məqsədilə fənn üzrə mütəxəssis olmayan nəzarətçilər qrupu yaradılıb. Qabiliyyət imtahanlarının qəbul edilməsi, tələbələrin cavablarının (qrafiki işlərin) yoxlanıb, qiymətləndirilməsi fənlər üzrə ixtisasçı müəllimlərdən ibarət komissiyalara həvalə olunub.
Universitetin rektoru, professor Yusif Yusibovun təşəbbüsü ilə sonuncu kursda təhsil alan tələbələrin ballarının hesablanması zamanı 4 səhv cavabın 1 düzgün cavabı silməməsi qərara alınıb.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti ilə əlaqə yaratmaq və imtahanlar zamanı baş vermiş neqativ hallar haqqında operativ məlumat ötürmək məqsədilə Universitet üzrə “İmtahan qərargahı” yaradılıb.
Ciddi hazırlıq işlərinin nəticəsidir ki, elə ilk gündən tələbələr şəffaflıq şəraitində sərbəst olaraq öz biliklərini nümayiş etdirir, sevindirici nəticələr göstərir, onlar üçün yaradılmış şəraitdən razı qaldıqlarını bildirirlər.

Aia.az
Geri dön