Ana Sayfa > Karusel / Ölkə > Bu tarixədək pensiya ödənişi tam yekunlaşdırılacaq
Bu tarixədək pensiya ödənişi tam yekunlaşdırılacaq13-12-2021, 12:22. Yazar: sevinc1 |
![]() Respublika üzrə bütün pensiyaların dekabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə aia.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Məlumata görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək. Qeyd edək ki, 2021-ci ilin yanvar-oktyabr aylarında pensiya təminatı istiqaməti üzrə 3 mlrd. 848 mln. manat vəsait ödənilib ki, bu da keçən ilin eyni dövrünə nisbətən 3,1% və ya 117 mln. manat çoxdur. Pensiyaların orta aylıq məbləği isə 10% artaraq 331 manat, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 8,5% artaraq 358 manat təşkil edib. aia.az Geri dön |