Ana Sayfa > Ölkə > Hacıqabulda iki yük avtomobili toqquşub, sürücülərdən biri hadisə yerində ölüb

Hacıqabulda iki yük avtomobili toqquşub, sürücülərdən biri hadisə yerində ölüb


11-12-2021, 09:43. Yazar: admen
Hacıqabulda iki yük avtomobili toqquşub, sürücülərdən biri hadisə yerində ölüb

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AİA.AZ Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə rayon ərazisində “KamAZ" və “Mercedes” markalı iki yük avtomobili toqquşması haqqında məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan “KamAZ”dan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Geri dön