Ana Sayfa > Gündəm > Azad edilmiş ərazilərdə sahibkarlara kommunal xidmətlər üzrə güzəştlər olunacaq

Azad edilmiş ərazilərdə sahibkarlara kommunal xidmətlər üzrə güzəştlər olunacaq


10-12-2021, 18:53. Yazar: admen
Azad edilmiş ərazilərdə sahibkarlara kommunal xidmətlər üzrə güzəştlər olunacaq


İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi nəzərdə tutulur.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı imzaladığı sərəncamda qeyd olunub.

Sərəncamda həmçinin müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsi də qeyd olunub
Geri dön