Ana Sayfa > İqtisadiyyat > Kapital Bank-dan təmir işləri üçün “Daşınmaz əmlak təminatlı kredit” əldə edin!
Kapital Bank-dan təmir işləri üçün “Daşınmaz əmlak təminatlı kredit” əldə edin!10-12-2021, 11:41. Yazar: admen |
Kapital Bank hər zaman müştərilərin pula olan tələbatlarını qarşılamaq üçün endirimli və güzəştli şərtlərlə müxtəlif kredit aksiyaları keçirir, həmçinin məhsulların şərtlərini sadələşdirir. Bu dəfə mənzilini, həyət evini, bağını, qeyri-yaşayış sahəsini və ya obyektini təmir etmək istəyənlər və digər məqsədlər üçün əmlaklarını girov qoymaqla Kapital Bank-dan 100 000 manatadək kredit ala bilərlər. Şərtlərə görə, qeyd olunan təminat predmetləri Bakı, Abşeron və ya Sumqayıt ərazisində olmalıdır. Maksimum 7 il müddətinə verilən kreditin illik faiz dərəcəsi 15%-dən başlayır. Kredit verildikdə təminat qismində olan mənzillərə sığorta tələb edilmir. Yalnız fərdi tikili və ya qeyri-yaşayış sahələri sığortalanmalıdır. Müştərilər kredit üzrə müraciətlərini (+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər. Geri dön |