Ana Sayfa > Seçki 2024 > Mübahisə bıçaqlanma ilə nəticələnib

Mübahisə bıçaqlanma ilə nəticələnib


10-12-2021, 09:22. Yazar: admen
Mübahisə bıçaqlanma ilə nəticələnib

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

AİA.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin 5 mikrorayonunda qeydə alınıb.

Samux rayonunun İnstitut qəsəbə sakini 1994-cü il təvəllüdlü İsmayl Baxışzadə qolunu kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdilib. Xəstənin yarası tikilib vəziyyətinin orta ağır olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, İ Baxışzadəni Tural adlı şəxs bıçaqlayıb. Hadisə zamanı Tural da xəsarət alıb. O, polis tərəfindən saxlanılıb. İlkin məlumata görə tərəflər arasında mübahisə qız üstündə düşüb. Faktla bağlı araşdırma aparılır.
Geri dön