Ana Sayfa > Ölkə > İlin sonuna qədər daha 6 modul tipli məktəb təhvil veriləcək - NAZİRLİK

İlin sonuna qədər daha 6 modul tipli məktəb təhvil veriləcək - NAZİRLİK


10-12-2021, 09:00. Yazar: sevinc1
İlin sonuna qədər daha 6 modul tipli məktəb təhvil veriləcək - NAZİRLİK

Bu ilin sonuna qədər daha 6 modul tipli məktəb istifadə üçün təhvil veriləcək.

Bunu Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyev deyib.

O bildirib ki, hazırda həmin məktəblərin quraşdırılması istiqamətində işlər davam edir.

"Bu il plana əsasən, 31 modul tipli məktəb tikilməli idi. Onlardan 25-i artıq hazırdır, digər 6-sının tikintisi aparılır. İlin sonuna qədər işlər yekunlaşdırılacaq. Növbəti ildə də modul tipli məktəblər tikiləcək. Neçə məktəbin tikiləcəyi ilə bağlı əlavə məlumat veriləcək. Qeyd edim ki, 2016-2020 illərdə 353 modul məktəb quraşdırılıb", - F.Əliyev qeyd edib.

aia.az
Geri dön