Ana Sayfa > Şou-biznes > "Analar gəlini oğul yox, özü üçün alır" - Lalə Məmmədova

"Analar gəlini oğul yox, özü üçün alır" - Lalə Məmmədova


10-12-2021, 07:41. Yazar: admen
"Analar gəlini oğul yox, özü üçün alır" - Lalə Məmmədova

Əməkdar artist Lalə Məmmədova sevgi etirafı edib.

AİA.Az axşam.az-a istinadən bildirir ki, "10-da görüşək" proqramında qonaq olan müğənni stilist Elnur Həsənovun onun üçün yazdığı "Eşq sənə çox yaraşıb" şərhinə aydınlıq gətirib.

"İnsanlar var ki, onları sevməyə dəyər. Önəmli deyil dilə gətirib "Mən bu insanı sevirəm" demək önəmli deyil. İnsanın hiss etdikləri ona bəsdir. Eşqdir mehrabı uca göylərin" deyə, ifaçı əlavə edib.

"Məşhurluğa imkan verməmişəm məni idarə etsin. Aparıcılıq təklifi alıram. Amma müğənni ancaq mahnı oxumalıdır" deyə, L.Məmmədova suallara cavab verib.

Xəyanətlə bağlı suala müğənni "Kişinin xisləti elə yaranıb. Əgər önəmli insandırsa, onun xəyanəti təsir edir. Ağrılı və incidən məqamdır" cavabını verib.

Müğənni sənət adamlarının bəzilərinin insanları qıcıqlandırması məsələsinə toxunub:

"Unutmamalıdırlar ki, xalqın nümayəndəsidir. Kasıb ailənin övladı olub. Hərəsi bir səhifə açıb "VİP", "official" adı qoyur, bahalı maşın, ev göstərib camaatı qıcıqlandırır. Zəhməti ilə gələnlər var ki, bunu etmir. Zəhməti ilə gəlməyənlər edir".

Lalə "Milli mentalitet bizi öldürüb, axırımıza çıxacaq" fikrinə belə aydınlıq gətirib:

"Hə, Vallah... Analar oğulu özü üçün böyüdür. Gəlini də özü üçün alır. Onun övladını da idarə edir, kim kimə ərə getməlidir, harada oxumalıdır. Xaricdə başqa cürdür, övladı böyüdürəm, təhsil verirəm, öz həyatıdır. Bizimki isə deyir, böyüdürəm, həyatı mənimdir, özüm idarə edəcəm. Arzular bitmir".
Geri dön