Ana Sayfa > Şou-biznes > “Niyyətimiz uşaqlara imamları öyrətmək idi” -
“Niyyətimiz uşaqlara imamları öyrətmək idi” -8-12-2021, 17:31. Yazar: sevinc1 |
İlahiyyatçı-mərsiyəxan Seyid Peyman Boradigahi qalmaqala səbəb olan dini klipi haqda danışıb. aia.az Olay-a istinadən xəbər verir ki, o sosial şəbəkələrdə iddia olunduğu kimi ekran işinin məktəbdə çəkilmədiyini bildirib: "Biz bir məkan götürüb, sinif otağına bənzətmişik. Bizi tanıyanlar bilir ki, Allahdan, Peyğəmbərdən, Əhli-beytdən oxumuşuq. Bu dəfə də uşaqlarla birlikdə bir klip hazırladıq. Niyyətimiz uşaqlara imamları öyrətmək idi. Sonra səhifələrdə paylaşıldı, gördüm ki, tənqid edirlər. Amma bildirmək istəyirəm ki, çəkiliş məktəbdə olmayıb. Biz uşaqlarımla birlikdə Ramazan ayı ilə bağlı bir mahnı oxumuşduq. Hamı da sevdi. Bir də qeyd edirəm ki, ora məktəb deyil. Biz oranı sinif otağına oxşatmaq üçün çox əziyyət çəkmişik. Əşyaları tapmışıq, sinifə bənzətmişik. Uşaqlardan biri mənim oğlum idi, digərləri tanışlarımın övladlarıdır. Biz klip çəkməzdən əvvəl instaqramda paylaşırıq ki, istəyən müraicət etsin. Beləliklə də uşaqları bir yerə yığıb çəkmişik". aia.az Geri dön |