Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda 1 210 nəfər COVID-19-a yoluxub, 15 nəfər ölüb
Azərbaycanda 1 210 nəfər COVID-19-a yoluxub, 15 nəfər ölüb8-12-2021, 16:42. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 210 yeni yoluxma faktı qeydə alınıb, 1 853 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 599 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 569 238 nəfər müalicə olunaraq sağalıb, 8 019 nəfər vəfat edib, aktiv xəstə sayı 22 456 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 033, ötən müddət ərzində isə ümumilikdə 5 633 054 test aparılıb. aia.az Geri dön |