Ana Sayfa > Karusel / Ölkə > Bu ərazilərdə dekabrın pensiyaları ödənildi
Bu ərazilərdə dekabrın pensiyaları ödənildi8-12-2021, 15:20. Yazar: sevinc1 |
![]() Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyalarının ödənişi həyata keçirilib. Bu barədə aia.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Məlumatda bildirilir ki, həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək. Qeyd edək ki, 2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir. aia.az Geri dön |