Ana Sayfa > Seçki 2024 > "YAŞAT" Fondunun rəhbəri qazilərin əlillik statusu ilə bağlı məsələyə aydınlıq gətirib

"YAŞAT" Fondunun rəhbəri qazilərin əlillik statusu ilə bağlı məsələyə aydınlıq gətirib


8-12-2021, 14:29. Yazar: sevinc1
"YAŞAT" Fondunun rəhbəri qazilərin əlillik statusu ilə bağlı məsələyə aydınlıq gətirib

Vətən müharibəsində yaralanan hər kəs əlil statusu almır.

Trend-in məlumatına görə, bunu "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov bildirib.

O qeyd edib ki, əlilliyin təyin olunması prosesi tibb məntəqəsindən başlayıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yekunlaşdırılır.

"Vətən müharibəsi iştirakçılarına əlilliyin təyin olunması məsələsi "YAŞAT" Fondu tərəfindən həyata keçirilmir. Məndə olan məlumata görə, nazirlikdə 2200-dən artıq şəxsin əlilliyi ilə bağlı məsələyə baxılıb. Ola bilər ki, diaqnozda yanlışlıq olsun, bu halda da həmin şəxs təkrar müraciət edib, müayinə oluna bilər. Əlilliyin təyin olunması tibbi məsələdir.

"YAŞAT" Fondunun nümayəndələri isə tibb mütəxəssisi deyil. Bu sahə üzrə mütəxəssislər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində var və doğru qərarı onlar verirlər", - deyə fond sədri bildirib.

aia.az
Geri dön