Ana Sayfa > Parlament > Əvəz Qurbanlının səhhəti ilə bağlı son məlumat
Əvəz Qurbanlının səhhəti ilə bağlı son məlumat8-12-2021, 12:19. Yazar: admen |
Hazırda tanınmış şair, jurnalist Əvəz Qurbanlının arterial təzyiqi 113/71, nəbzi 76, saturasiyası 96-dır, hərarəti yoxdur. İki gün əvvəl "High Flow" cihazından dəstək alırdı. Hazırda isə nazal oksigen cihazından dəstək alır. Şairin vəziyyəti orta ağır qiymətləndirilir. AİA.Az xəbər verir ki, bu barədə Kult.az-a Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasından məlumat verilib. Qeyd edək ki, Əvəz Qurbanlı dekabrın 1-də koronavirusun ağırlaşması diaqnozu ilə Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasına yerləşdirilib. Geri dön |