Ana Sayfa > Dünya > Bu da dünyanın yeni qorxusu
Bu da dünyanın yeni qorxusu8-12-2021, 10:26. Yazar: admen |
![]() Honkonq Universitetinin tibb fakultəsinin alimləri COVİD-19 koronavirusunun omikron-ştamının dünyada ilk dəfə olaraq təfərrüatlı görüntüsünü əldə ediblər. AİA.Az CNN-ə istinadən bildirir ki, mikroskop altında çəkilmiş elektron mikrofotoda SARS-CoV-2 Omicron ştamına yoluxmuş meymunun böyrək hüceyrəsi əks olunub. Kadrda kiçik qara virus hissəciklərin olduğu vezikulları böyüyən xəsarətli hüceyrə aydın görünür. Fotonun sağında isə üzərində koronavirus "tikan"ları olan virus hissəcikləri var. Omikron ştamı artıq dünyanın 57 ölkəsində aşkarlanıb. Ümumidünya Səhiyyə Təşkilatının son hesabatına görə, yeni ştamın yayılma episentri Afrikadır. Məhz "Qara qitə"də koronavirusun bu ştamına yoluxanların sayı sürətlə artır. İlkin təxminlərə görə, omikron ştamının mutasiyaları antitellərin neytrallaşdırıcı fəallığı aşağı salır. Geri dön |