Ana Sayfa > Ölkə > Koronavirus xəstəsi küçədə saxlanılıb

Koronavirus xəstəsi küçədə saxlanılıb


8-12-2021, 09:32. Yazar: sevinc1
Koronavirus xəstəsi küçədə saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şəhər sakini Niyaməddin Əliyevə koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

N.Əliyevin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Faktla əlaqədar Şirvan ŞPŞ-də araşdırmalar aparılır.

aia.az
Geri dön