Ana Sayfa > Seçki 2024 > Binəqədidə avtomobil gənc qızı vuraraq ağır xəsarət yetirib

Binəqədidə avtomobil gənc qızı vuraraq ağır xəsarət yetirib


8-12-2021, 08:42. Yazar: sevinc1
Binəqədidə avtomobil gənc qızı vuraraq ağır xəsarət yetirib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonunda qeydə alınıb. "VAZ-2104" markalı avtomobil yolu keçən 25 yaşlı Səbinə Həsənovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona daxili orqanların zədələnməsi diaqnozu qoyulub. S.Həsənova əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön