Ana Sayfa > Ölkə > Bərdə - Ağdam yeni avtomobil yolunun 60 faizi tikilib

Bərdə - Ağdam yeni avtomobil yolunun 60 faizi tikilib


8-12-2021, 08:28. Yazar: sevinc1
Bərdə - Ağdam yeni avtomobil yolunun 60 faizi tikilib

Bərdə rayonundan Ağdam rayonuna yeni avtomobil yolunun tikintisi davam etdirilir.

Bunu açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Hidayət Rüstəmov deyib.

Onun sözlərinə görə, yol 4 zolaqlı, birinci texniki dərəcəli olacaq.

"Ayrı-ayrılıqda iki gediş, iki gəlişli olan yolun uzunluğu 44,5 kilometrdir. Yolun 50-60 faizi artıq tikilib", - deyə sədr müavini bildirib.

aia.az
Geri dön