Ana Sayfa > İdman > Azərbaycanda idman dövlət siyasətinin ayrılmaz hissəsidir - Mariana Vasileva
Azərbaycanda idman dövlət siyasətinin ayrılmaz hissəsidir - Mariana Vasileva7-12-2021, 17:23. Yazar: admen |
Azərbaycanda idman dövlət siyasətinin ayrılmaz hissəsidir. AİA.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bolqarıstan Teleqraf Agentliyinə müsahibəsində Azərbaycanın gənclər və idman nazirinin müavini Mariana Vasileva deyib. "Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidentidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidentindir. Bu, aydın şəkildə göstərir ki, idman dövlət siyasətinin tərkib hissəsi olmalıdır. Amma idmanın siyasiləşdirilməsi yolverilməzdir. Antalyada keçirilmiş Beynəlxalq Gimnastika Federasiyasına seçkilər təəssüf ki, idmanın siyasət olduğunu göstərdi. Mən çox istərdim ki, idman siyasiləşməsin", - deyə M.Vasileva bildirib. O qeyd edib ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələri sərbəst yaşayır. Geri dön |