Ana Sayfa > Karusel / Ölkə > ÖLKƏ Bakının mərkəzində aksiyaya cəhd -

ÖLKƏ Bakının mərkəzində aksiyaya cəhd -


7-12-2021, 14:42. Yazar: sevinc1
ÖLKƏ Bakının mərkəzində aksiyaya cəhd -

Bu gün Tərtər hadisələri ilə bağlı həbs edilənlərin ailə üzvləri Prezident Administrasiyasının yaxınlığına toplaşıb. Onlar Tərtər işi ilə bağlı istintaqın ədalətli və düzgün aparılmadığını deyərək etiraz ediblər.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov qafqazinfoya açıqlamasında bildirib ki, asayişin pozulması hallarına yol verilməyib:

"Polis əməkdaşları asayişin mühafizəsinə cəlb olunub və həmin şəxslərlə profilaktik söhbət aparıblar. Bundan sonra həmin şəxslər ərazini tərk ediblər. Heç bir insident qeydə alınmayıb, asayişin pozulması hallarına yol verilməyib".

aia.az
Geri dön