Ana Sayfa > Gündəm > YAP Saatlı rayon təşkilatının nümayəndələri şəhid Həsənli Rəşad Yaşar oğlunun ildönümü mərasimində iştirak ediblər
YAP Saatlı rayon təşkilatının nümayəndələri şəhid Həsənli Rəşad Yaşar oğlunun ildönümü mərasimində iştirak ediblər7-12-2021, 12:22. Yazar: sevinc1 |
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının nümayəndələri 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası üçün qarşısına qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərkən qəhrəmancasına şəhid olmuş Həsənli Rəşad Yaşar oğlunun ildönümü mərasimində iştirak ediblər. Şəhidin ailə üzvləri ilə görüşüblər, şəhidin məzarını ziyarət edərək məzarı önünə gül dəstələri düzüblər. Şəhidin ailə üzvləri ilə görüş zamanı qeyd olunub ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ zəfərini bəxş etdi. Görüşdə şəhidin Vətən müharibəsinin ilk günündən ön cəbhədə savaşdığı, döyüş meydanında böyük şücayət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd olunub. Şəhidin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun! aia.az Geri dön |