Ana Sayfa > Ölkə > Füzuli rayonunda silah-sursat aşkarlandı
Füzuli rayonunda silah-sursat aşkarlandı7-12-2021, 11:08. Yazar: sevinc1 |
![]() İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən fasiləsiz zəruri tədbirlər yerinə yetirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan aia.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində erməni hərbi birləşmələrinin tərk etdiyi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər. Polis əməkdaşları 1 minaatan qurğusu, 1 avtomat, 1 qumbaraatan, 56 qumbaraatan mərmisi, 22 əl qumbarası, 21 partladıcı vasitə, 1 rabitə qurğusu, 20 sandıq, 1600 patron, 124 ədəd 30 mm-lik mərmi və digər döyüş sursatı götürərək aidiyyəti üzrə təhvil veriblər. aia.az Geri dön |