Ana Sayfa > Dünya > Müxalifət olsaydı, NATO Smolenskdə idi - Lukaşenko

Müxalifət olsaydı, NATO Smolenskdə idi - Lukaşenko


6-12-2021, 14:05. Yazar: sevinc1
Müxalifət olsaydı, NATO Smolenskdə idi - Lukaşenko

Əgər ötən il Belarusda hakimiyyətə müxalifət gəlsəydi, respublika mövcud olmayacaqdı.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Məğlub olsaydıq, böyük səhv buraxardıq. Ölkə sadəcə olaraq mövcud olmazdı. Onlar bir gündə hakimiyyətə gəlsəydilər, Smolensk yaxınlığında artıq NATO bloku olardı. Konstitusiya prezidentə bunu etməyə icazə verir. Onların adamı hakimiyyətdə olsaydı, bundan istifadə edərdilər. Ona görə də biz çalışırıq ki, konstitusiyaya hansısa yolla düzəliş edək”, - Lukaşenko bildirib.

aia.az
Geri dön