Ana Sayfa > İqtisadiyyat > Ötən həftədəki enişdən sonra neftin qiyməti bərpa olunur

Ötən həftədəki enişdən sonra neftin qiyməti bərpa olunur


6-12-2021, 09:58. Yazar: sevinc1
Ötən həftədəki enişdən sonra neftin qiyməti bərpa olunur

Dünya bazarlarında neftin qiyməti əhəmiyyətli artım nümayiş etdirir.

Şimal dənizində hasil olunan “Brent” neftinin fevral fyuçersləri 2,09% bahalaşaraq, 1 bareli 71,34 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 2,25% artaraq, 1 bareli 67,77 ABŞ dolları təşkil edib.

Ötən həftə “Brent” neftinin, təxminən, 4%, WTI markalı neftin isə 2,77% ucuzlaşmasından sonra dünya bazarlarında neft, təqribən, 2% bahalaşıb. Ucuzlaşmaya səbəb koronavirusun “omikron” ştamının yayılması səbəb olub. Analitiklərin fikrincə, “omikron” ştamının peyda olması dünyada enerji daşıyıcılarına olan tələbin perspektivlərini təhlükə altına alıb.

aia.az


Geri dön