Ana Sayfa > Parlament > Daha 3 korona xəstəsinə cinayət işi açıldı
Daha 3 korona xəstəsinə cinayət işi açıldı6-12-2021, 09:44. Yazar: sevinc1 |
Dekabrın 4-də və 5-də polis əməkdaşları tərəfindən respublika ərazisində 20 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. Polis əməkdaşları COVİD-19-a yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb. Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 3 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. aia.az Geri dön |