Ana Sayfa > Parlament > Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib4-12-2021, 12:27. Yazar: admen |
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Bu barədə AİA.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri növbəti tədbir zamanı 3 köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib. Həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir. Geri dön |