Ana Sayfa > Karusel / Dünya > BMT-nin Baş katibi "omikron" ştammına görə ölkəyə giriş məhdudiyyətlərini səmərəsiz adlandırıb

BMT-nin Baş katibi "omikron" ştammına görə ölkəyə giriş məhdudiyyətlərini səmərəsiz adlandırıb


4-12-2021, 10:00. Yazar: admen
BMT-nin Baş katibi "omikron" ştammına görə ölkəyə giriş məhdudiyyətlərini səmərəsiz adlandırıb

BMT-nin Baş katibi Antonio Quterreş hesab edir ki, bir sıra ölkələr tərəfindən koronavirusun "omikron" ştammına görə ölkəyə giriş məhdudiyyətləri ədalətsiz və səmərəsizdir.

Bu barədə A.Quterreş öz "Twitter" səhifəsində yazıb.

Baş katib qeyd edib: "Virusun həqiqətən sərhəd tanımadığını nəzərə alsaq, bir ölkəni və ya bölgəni təcrid edən səyahət məhdudiyyətləri ədalətsiz, repressiv, səmərəsizdir".
Geri dön