Ana Sayfa > Manşet / Gündəm > Xocavənddə hərbçimizə hücum edən erməni
Xocavənddə hərbçimizə hücum edən erməni3-12-2021, 15:14. Yazar: sevinc1 |
Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Bu barədə aia.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib. Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır. aia.az Geri dön |