Ana Sayfa > Karusel / Ölkə > Sabiq PPX komandirinin evi yandı:
Sabiq PPX komandirinin evi yandı:2-12-2021, 10:12. Yazar: sevinc1 |
![]() Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib. Trend-in yerli bürosunun məlumatına görə, əraziyə FHN-nin Ağdam və Ağcabədi rayonlarının yanğından mühafizə bölməsinin maşını və əməkdaşları və FHN- Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Hadisə baş verən evdə 3 nəfər yanaraq ölüb. Bunlar 1990-cı il təvəllüdlü Kərimov Miri Firdovsi oğlu, 10 aylıq oğlu Kərimov Pünhan Miri oğlu və 1994-cü il təvəllüdlü Kərimova Halə İsa qızıdır. Həlak olanlar bir ailənin üzvləridir. Kərimov Miri post patrul xidmətinin komandiridir. Yanğın söndürülüb. aia.az Geri dön |