Ana Sayfa > Gündəm > Cahangir Hacıyev həbsdən azad edilir?
Cahangir Hacıyev həbsdən azad edilir?6-05-2016, 10:41. Yazar: admin |
Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev həbsdən azad edilə bilər. Qəzetə məlumat verən mənbə iddia edib ki, C.Hacıyevi ev dustaqlığına buraxıb sonradan isə “xəstəliyi ilə əlaqədar” istintaqdan, ümumiyyətlə, kənarlaşdırmaq planı var. Bildirilir ki, sabiq bankirin həbsdən azad edilməsi onun rəhbərliyi altında Beynəlxalq Bankdan kredit şəklində çıxarılan milyardlarla manat kreditlərin geri alınmasına mane olmayacaq. Kreditorların saxlanılaraq inzibati üsullarla aparılan profilaktik işlər az-çox bəhrəsini verir. Belə olan halda Beynəlxalq Bankda böyük bir paya sahib olan Cahangir Hacıyevin həbsdə qalması ilə azadlıqda olması arasında elə də ciddi fərq yoxdur. Əksinə, Hacıyev çöldə olarsa daha çox kreditin geri qaytarılmasına nail ola bilər: “Qaynağımız bildirir ki, C.Hacıyev problemli kreditlər şəklində olan milyardlarla vəsaitin geri qaytarılmasına yardımçı olacağına vəd verib. Bundan başqa, Cahangir Hacıyev Beynəlxalq Bankın İdarə Heyətinin sədri olmaqla yanaşı, bankın əsas səhmdarlarından biri olub. Onu vəzifəsindən azad etsələr də, bankdakı səhmləri qalmaqdadır. Amma belə məlumatlar da var ki, hakimiyyətdəki bəzi qruplaşmalar “vurulmuş” MTN şefi Eldar Mahmudovun qudası olan Cahangir Hacıyevin azad edilməsinin əleyhinədirlər. Onlar hesab edirlər ki, C.Hacıyevin azad edilməsi Eldar Mahmudovun güclənməsinə xidmət edəcək”. aia.az Geri dön |