Ana Sayfa > Media > Daha 60-a yaxın məhkuma amnistiya aktı şamil olunub

Daha 60-a yaxın məhkuma amnistiya aktı şamil olunub


1-12-2021, 11:28. Yazar: sevinc1
Daha 60-a yaxın məhkuma amnistiya aktı şamil olunub

Bu gün Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsində bir sıra məhkuma Amnistiya aktının tətbiq edilməsi barədə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Bakı şəhər Probasiya İdarəsinin rəisi Namiq İsmayılov bildirib ki, bu gün ölkə üzrə 60-a yaxın məhkuma amnistiya aktının tədbiq edilməsi barədə qərar təqdim olunub.

Bu gün cəzadan azad edilən şəxslər əsasən islah işləri, cərimə cəzaları, ictimai işlər və azadlığın məhdudlaşdırılması cəzalarına məhkum edilən şəxslərdir.

Onlardan 20-i Bakı şəhər Probasiya İdarəsində cəzadan azad edilib. Onlardan 2-i qadındır.

aia.az
Geri dön