Ana Sayfa > Ölkə > Xocavəndə icazəsiz gedən şəxslər saxlanıldı
Xocavəndə icazəsiz gedən şəxslər saxlanıldı1-12-2021, 10:54. Yazar: sevinc1 |
![]() Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət-profilaktiki tədbirlər peşəkarlıqla davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan aia.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Dolanlar kəndi ərazisində 9 nəfər saxlanılıb. Yoxlamalar zamanı həmin şəxslərin rayon ərazisinə daxil olmaq üçün müvafq icazələrinin olmadığı və buraya metal qalıqları yığmaq üçün gəldikləri müəyyən edilib. Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır. aia.az Geri dön |