Ana Sayfa > Parlament > Rusiya səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Rusiya səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib1-12-2021, 10:38. Yazar: sevinc1 |
Rusiyanın Azərbaycandakı səfirliyi ötən gün baş vermiş helikopter qəzası ilə bağlı başsağlığı verib. Trend-in məlumatına görə, bu barədə səfirliyin "Twitter" səhifəsində yazılıb. "Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı veririk, yaralıların tezliklə sağalmasını arzulayırıq! Allah rəhmət eləsin!" - səfirliyin açıqlamasında deyilir. Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. aia.az Geri dön |