Ana Sayfa > Şou-biznes > "Keçirdiyim qəzaya görə başımda ağrılar var"
"Keçirdiyim qəzaya görə başımda ağrılar var"1-12-2021, 09:10. Yazar: sevinc1 |
"Karantin bitdi, daha bağımı satmıram. Toylarım var. Kredit götürmərəm, haramdan qaçanam. Nəyim var, bəsimdir". AİA.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Həmin Zaur" verilişində deyib. Sənətçi ona ünvanlanan qısa sualları cavablandırıb. Pandemiyada evini satışa qoyan sənətçi artıq fikrindən daşındığını bildirib. "Avtomobil qəzası keçirmisən" sözlərinə isə sənətçi "Çox qəza keçirmişəm. Tələsirdim deyə, riskli sürürdüm. Ona görə də indi başımda ağrılar var. Artıq taksidən istifadə edirəm" cavabını verib. Geri dön |