Ana Sayfa > Media > Bakıda gənc qız sərnişin avtobusundan yıxılıb

Bakıda gənc qız sərnişin avtobusundan yıxılıb


1-12-2021, 08:57. Yazar: sevinc1
Bakıda gənc qız sərnişin avtobusundan yıxılıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Suraxanı rayonunda qeydə alınıb. Bahar qəsəbəsində 2005-ci il təvəllüdlü Hüseynova Kimya Faiq qızı 161 saylı sərnişin avtobusundan yerə yıxılıb.

K.Hüseynova təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön