Ana Sayfa > İdman > Messi: “Biz bütün mümkün kubokları qazanmaq istəyirik”

Messi: “Biz bütün mümkün kubokları qazanmaq istəyirik”


1-12-2021, 08:55. Yazar: sevinc1
Messi: “Biz bütün mümkün kubokları qazanmaq istəyirik”

Fransanın “Pari Sen-Jermen” futbol komandasının argentinalı hücumçusu Lionel Messi növbəti "Qızıl top"u qazanmaq istəyib-istəməyəcəyi barədə sualı cavablandırıb.

Bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

“Bu barədə düşünmürəm, mən həmişə ilk növbədə komandanın kuboklarını düşünürəm. Biz bütün mümkün kubokları qazanmaq istəyirik. Fərdi mükafatlar haqqında düşünməyə vaxt yoxdur.

Biz hər gün iş görürük və tədricən komandanın məqsədlərinə çatmağa doğru irəliləyirik", - deyə Paris klubunun mətbuat xidməti futbolçudan sitat gətirib.

Xatırladaq ki, noyabrın 29-da Lionel Messi karyerasında yeddinci “Qızıl top”unu qazanıb. Ən yaxşı futbolçu üçün səsvermədə Robert Levandovski ikinci, “Çelsi” və İtaliya yığmasının yarımmüdafiəçisi Jorjinyo isə üçüncü olub. Keçən il mükafat sahibini tapmayıb. Ən yaxşı futbolçunun seçilməsi pandemiya səbəbindən baş tutmayıb.

Argentinalı hücumçu bu ilin avqustunda PSJ-yə keçib. Bundan əvvəl o, 18 il İspaniyanın “Barselona” klubunda oynayıb. Lionel Messi bu mövsüm Fransa çempionatında 1, Çempionlar Liqasında isə 3 qol vurub.

aia.az
Geri dön