Ana Sayfa > İqtisadiyyat > Bakının yarısının qazı kəsiləcək

Bakının yarısının qazı kəsiləcək


6-05-2016, 09:26. Yazar: admin
Bakının yarısının qazı kəsiləcək






Bu gün Bakı şəhəri Suraxanı, Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumatda bildirir ki, yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması və Binə qəsəbəsi ərazisində avtomobil yolunun yenidən qurulması, eləcə də genişləndirilməsi nəticəsində yolun tikinti sahəsinə düşən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi işləri ilə əlaqədar, mayın 6-da saat 09:00-dan işlər yekunlaşanadək Suraxanı rayonunun Əmircan qəsəbəsində, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, həmçinin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

aia.az
Geri dön