Ana Sayfa > Siyasət > Mustafa Şentop Azərbaycana başsağlığı verdi
Mustafa Şentop Azərbaycana başsağlığı verdi30-11-2021, 16:05. Yazar: sevinc1 |
![]() Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib. aia.az-ın xəbərinə görə, o, bu barədə tviter hesabında paylaşım edib. “Bu gün baş verən helikopter qəzasında şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan xalqının baş sağ olsun”, - M.Şəntop bildirib. Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var. aia.az Geri dön |