Ana Sayfa > Təhsil > Aşıq Ələsgərin 200 illiyi qeyd olunub

Aşıq Ələsgərin 200 illiyi qeyd olunub


30-11-2021, 14:08. Yazar: sevinc1
Aşıq Ələsgərin 200 illiyi qeyd olunub


Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə genişmiqyaslı tədbir keçirilib.

Tədbirdə Kollecin direktoru pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov, Azərbaycan Aşıqlar Birliyinin üzvləri-Aşıq Qələndər,Aşıq Eldar və balaban ustası Ələkbər Ələkbərov,müəllim və tələbə heyəti iştirak ediblər.

İlk öncə Kollecin direktoru Vidadi Orucov qonaqları salamlayaraq qeyd edib ki, həyatı və yaradıcılığı nəsillərə örnək olan Aşıq Ələsgər Azərbaycan xalq yaradıcılığının ən böyük nümayəndələrindən biridir. O, öz misilsiz xidmətləri ilə aşıq poeziyasını həm məzmun, həm də forma rəngarəngliyi ilə zənginləşdirib, saf, təmiz xalq dilindən istifadə etməklə yüksək fəlsəfi düşüncələri ehtiva edən poetik nümunələr yaradıb. Aşıq Ələsgər ilhamı haqdan gələn bir sənətkardır. Söz-saz sənətinə xüsusi marağı və sevgisi ilə seçilən Vidadi Orucov çıxışının davamında Aşıq Ələsgərin aşıq sənətinin günümüzdə inkişafı, tədrisi və gələcək nəsillərə ötürülməsi ilə bağlı dəyərli fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

İştirakçılar Aşıq Ələsgərin həyat və yaradıcılığı ilə bağlı çıxışlar etdib, şeirlər söylədilər. Balaban ustası Ələkbər Ələkbərovun müşayiəti ilə Aşıq Qələndər və Aşıq Eldarın çıxışları tədbirə xüsusi rəng qatdı.

aia.az
Geri dön