Ana Sayfa > Gündəm > Azərbaycan Dağlıq Qarabağla əlaqədar yeni qanun qəbul edə bilər
Azərbaycan Dağlıq Qarabağla əlaqədar yeni qanun qəbul edə bilər5-05-2016, 21:40. Yazar: admin |
Azərbaycan hazırda Ermənistan silahlı birləşmələrinin işğalı altında olan Dağlıq Qarabağdakı ermənilərin öz müqəddəratını təyin etməsi hüququnun ləğv edilməsi ilə bağlı yeni qanun qəbul edə bilər. Bunu Milli.Az-a təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, "Baku Network" ekspert qrupunun rəhbəri, politoloq Elxan Ələsgərov bildirib. Ekspertin sözlərinə görə, əgər Ermənistan parlamenti Azərbaycanın erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisindəki separatçı rejimin müstəqil respublika kimi tanınmasına dair qanun qəbul etsə, buna cavab olaraq belə bir addım atıla bilər: "Ermənistan Dağlıq Qarabağda əhalini sülh şəraitində yaşamağa imkan vermir. Ermənistan onların həyatına həmişə hərbi və digər yollarla müdaxilə edir. Hətta Dağlıq Qarabağı tanıyıb-tanımamaqla prosesi manipulyasiya edir. Bununla da işğal edilmiş Dağlıq Qarabağda yaşayan erməni xalqını Azərbaycana qarşı bir alət kimi istifadə edir. Bunu, eləcə də Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı həyata keçirdiyini, beynəlxalq təşkilatların verdiyi qərarlara məhəl qoymadan ordusunu geri çəkmədiyini nəzərə alaraq, Azərbaycanda Dağlıq Qarabağdakı ermənilərin öz müqəddəratını təyin etməsi hüququnun ləğv edilməsi haqqında qanun layihəsi hazırlana bilər". Politoloq qeyd edib ki, əgər Ermənistan tərəfinin qeyri-konstruktiv və şantaj xarakterli hərəkətləri davam etsə, yenə də cəbhəyanı ərazilərdə kənd və şəhərlərimizi atəşə tutsalar, yaxın zamanlarda işğal olunmuş torpaqlar azad edilməsə, məcburi köçkünlərin öz evlərinə qayıtması təmin olunmasa, beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı mövcud qərarları yerinə yetirilməsə, o zaman bu qanun qəbul edilə bilər: Bahar Muradova: "Biz erməniləri də girovluqdan azad etməliyik" "Əvvəla orada, demək olar ki, faktiki olaraq erməni əhalisi qalmayıb, qalanlar isə işğalçıların girovu kimi istifadə olunur, onların adından çıxış edilir, tələblər irəli sürülür, mülki azərbaycanlılar qətlə yetirilir, Xocalıdakı kimi soyqırıma məruz qalır, evləri dağıdılır. Bundan əlavə, Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan bütün azərbaycanlılar oradan qovulub, onların geriyə qayıtması əngəllənir və mövcud status-kvo saxlanılır. Azərbaycanlıların adicə yaşamaq hüququ da daxil olmaqla bütün hüquqları pozulub və onların özləri olmadan Dağlıq Qarabağda dəfələrlə referendum keçirilib. Ermənistanın hazırkı rəhbərliyi də, əsasən, Dağlıq Qarabağdan çıxan məmurlardır. Hazırda da Dağlıq Qarabağ və onun separatçı rəhbəri birbaşa İrəvandan idarə olunur. Biz niyə onların öz müqəddəratını təyinetmə hüququnu tanımalıyıq ki, sonra yenə də Sarqsyan gəlsin Xankəndidə otursun?! Axı onları Ermənistandan qovandan sonra yenə Azərbaycana gələcəklər. Bütün bunları nəzərə alaraq, ermənilərin öz müqəddəratını təyin etməsi hüququnun ləğv edilməsi haqqında qanun layihəsi hazırlana və vəziyyəti bu həddə çatdırdığına görə beynəlxalq ictimaiyyətin də rəyini nəzərə almadan belə bir qanun qəbul edilə bilər". Qeyd edək ki, Ermənistan hökuməti mayın 5-də Dağlıq Qarabağdakı separatçı rejimin müstəqil respublika kimi tanınmasına dair qanun layihəsini bəyənərək parlamentə göndərib. Bundan əlavə, hökumət müəllifləri müxalifətçi deputatlar Zarui Postancyan və Qrant Baqratyan olan qanun layihəsinə rəy verərək bildiriib ki, guya onun qəbulu separatçı rejimlər Ermənistan arasındakı müzakirələrin nəticələrindən asılıdır. Bu ölkənin xarici işlər nazirinin müavini Şavarş Koçaryan Azərbaycanı şantaj edərək deyib ki, əgər Azərbaycan yeni aqressiv addımlar atarsa və atəşkəsi pozarsa, Ermənistan birmənalı olaraq Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslardan da əldə etmək mümkündür: aia.az Geri dön |